RU

Netanyahunun iddiası: Əsəd rejimini İsrail devirib?

Netanyahunun

İsrail Baş naziri Benyamin Netanyahu “Əsəd rejiminin süqutu İsrailin Hizbullaha və İrana zərbələrindən sonra mümkün oldu” dedikdə haqlı idi. Hizbullah zəifləməsəydi, Əsəd rejiminə ciddi dəstək verə bilərdi.

Xalqcebhesi.az xəbər verir ki. bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, İsrailin sonrakı addımları Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə bilər:

“İsrail ordusu Suriya ərazisində yeni mövqelərə doğru irəliləyib. Netanyahu bu irəliləmənin müvəqqəti xarakter daşıdığını bildirib. Ancaq bu irəliləmə nə qədər “müvəqqəti” xarakter daşıyacaq? Suriyanın ərazi bütövlüyünün təmininə, sabitliyə və inkişafa ehtiyacı var. İsrail irəlilədiyi mövqelərdən geri çəkilməsə, Suriyada qurulacaq yeni hakimiyyət bu dəfə İsraillə müharibəyə başlamaq məcburiyyətində qala bilər. Bu isə bölgədə əvvəlkindən də ağır vəziyyət yaradacaq.

İsrailin siyasi mərkəzləri bölgədə kürd dövlətinin yaradılması planlarından da imtina etməlidirlər. Bu siyasət davam etdikcə, İsrailin Türkiyə və bölgənin digər dövlətləri ilə münasibətlərinin normallaşması çətinləşəcək. Yaxın Şərqdə sabitliyin bərqərarı İsrailin də maraqlarına cavab verməlidir ki, ərəb dövlətləri və Türkiyə ilə münasibətləri normallaşdıra bilsin”.

Избранный
49
2
xalqcebhesi.az

10Источники