RU

ABŞ bu hoteldə Azərbaycandakı agenturası ilə görüşəcək - Fotolar

ABŞ-nin Azərbaycandakı Səfirliyi Amerikada təhsil almış bir qrup azərbaycanlı məzunlarla görüş keçirəcək.Gununsesi.info noyabrın 27-də Bakıda məşhur “JW Marriott Absheron” hotelində baş tutacaq görüşlə bağlı bir sıra maraqlı məqamları əldə edib.Məsələ burasındadır ki, tədbirin adı sözdə “məzunlarla görüşdür”.Reallıqda isə bu, ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsinin bir araya gəlməsidir.Təcili görüşün təşkil olunması da ABŞ-nin ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkəsinin tədricən ifşa olunmasından qaynaqlanır. Bu görüşdə ABŞ-də təhsil almış, əslində isə təhsil adı altında Amerikada olarkən məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup şəxslər iştirak edəcəklər.Artıq iştirakçılara “Məzunların yubiley qalası” adlı dəvətnamə də göndərilib. “Tədbir” həmin gün 18:30-da başlayacaq.Əldə etdiyimiz məlumata görə, Azərbaycanın hüquq-mühafizə orqanları artıq məsələdən məlumatlıdır, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü bildirilir. 

Избранный
1051
23
gununsesi.info

10Источники