RU

İşgəncə verdiyi insanları şirlərinə yedizdirirdi - Əsədin qatil komandiri tutuldu

Suriyanın devrilmiş lideri Bəşər Əsədin qardaşı Mahir Əsədin sağ əli general Əli Mahmud Dəməşqdəki qərargahında ölü tapılıb. Suriyalı mülki şəxslərə işgəncələrə rəhbərlik edən və minlərlə insanın ölümünə görə məsuliyyət daşıyan Əli Mahmudun cəsədinin yanında silah da tapılıb.

News24.az Haberler-ə istinadən xəbər verir ki, Bəşər Əsədin işgəncə verənlərdən biri Telal Əl-Dakkak da yaxalanıb. 

Əl-Dakkak suriyalı müxaliflərə işgəncə verməklə, onları saxladığı şirlərə yedizdirməklə tanınırdı.

Qeyd edək ki, onun Həmadakı Üsyançılar Meydanında e*dam ediləcəyi açıqlanıb. 

Günel Məlikzadə


Избранный
56
1
news24.az

2Источники