RU

Azərbaycan xaricə qaz satışını təqribən 5 faiz artırıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan Avropaya 11,7 milyard kubmetr, Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz ixrac olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, bu dövrdə TANAP-la Türkiyəyə 5,1 milyard kubmetr qaz nəql edilib.

“Bu ilin 11 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 5 faiz çoxdur”, - nazir əlavə edib.

Избранный
27
vergiler.az

1Источники