RU

AÇG və “Şahdəniz”dən indiyədək 648 mln. ton neft hasil edilib

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 dekabr 2024-cü il tarixinədək 648,4 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 462,8 milyard kubmetr qaz hasil edilib.

Bu barədə “İki sahil”ə Energetika Nazirliyindən bildirilib.

Qeyd edilib ki, “Azəri-Çıraq-Günəşli”dən 600,1 milyon ton neft, 228,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48,3 milyon tona yaxın kondensat, 234,3 milyard kubmetr qaz çıxarılıb.

Bu yataqlardan 1 dekabr tarixinədək 646,4 milyon ton neft, 167,6 milyard kubmetr qaz ixraca nəql edilib.

Избранный
6
7
ikisahil.az

10Источники