RU

Azərbaycanda həyat sığortası bazarı böyüyür - Son 3 ilin rəqəmləri

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 540 milyon 143 min manat həyat sığortası üzrə sığorta haqları yığılıb. 

Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,5 % və ya 80 milyon 637 min manat çoxdur. 

Bu ilin 9 ayında Azərbaycanda 402 milyon 903 min manat sığorta ödənişləri edilib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 60 faiz və ya 151 milyon 172 min manat çoxdur. 

2023-cü ilin 9 ayında Azərbaycanda həyat sığortası üzrə 459 milyon 506 min manat sığorta haqqı toplanıb ki, bu da 2022-cü ilin eyni dövrü ilə müqayisədə 30,7% və ya 108 milyon 68 min manat çoxdur. Həmin ilin hesabat dövründə Azərbaycanda 251 milyon 731 min manat sığorta ödənişi edilib ki, bu da 2022-cü ilin eyni dövrü ilə müqayisədə 26,1% və ya 52 milyon 124 min manat çoxdur. 

Həyat sığortası üzrə 2022-ci ilin 9 ayında 351 milyon 438 min manat sığorta haqları yığılıb, 199 milyon 607 min manat sığorta ödənişi edilib.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 112,027 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,05 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 622,301 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 36,8 % çoxdur. 10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,6 manat olub.

Nara

Избранный
23
valyuta.az

1Источники