Suriyada islam yönümlü dövlətin qurulması layihəsi Suriya xalqına uyğun deyil.
Bizim.Media xəbər verir ki, bu fikri TASS-ın müxbirinə açıqlamasında tanınmış suriyalı siyasətçi, Cenevrə və Astanada Suriya üzrə danışıqlarda müxalifət nümayəndə heyətinin keçmiş rəhbəri Məhəmməd Alluş bildirib.
“İslam ümmətinin layihəsi (İslama yönümlü dövlət – red.) Suriya xalqı üçün uyğun deyil və bu, çox zərərlidir”, - deyə o, qeyd edib.
Xatırladaq ki, Məhəmməd Alluş "Ceyş al-İslam" qrupunun qurucularından biridir, onun siyasi qanadına rəhbərlik edib.
2016-cı ildə Cenevrədə keçirilən Suriyalərarası sülh danışıqlarında müxalifətin baş müzakirəçisi təyin edilib.
2017-ci ildə Astanada isə Suriya müxalifətinin nümayəndə heyətinə rəhbərlik edib.
Bizim.Media