RU

Paşinyandan müharibəyə səbəb olacaq bəyanat – FOTO 

“Ermənistan Respublikasının Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddiası yoxdur”. 


Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan X hesabında yazıb.


O, İrəvanla Bakı arasında sabit sülhə nail olmaq üçün iki maneənin olduğunu bildirib:


“Bunlardan biri Konstitusiyanın dəyişdirilməsi məsələdir. Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr 2024-cü il tarixli qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız həmin sənədin maddələrlə təsbit olunmuş müddəalarına aiddir”, – deyən N.Paşinyan növbəti dəfə reallığı təhrif etməyə çalışıb.


Qeyd edək ki, sözügedən Müstəqillik Bəyannaməsində Qarabağ Ermənistanın bir hissəsi kimi göstərilir. Ermənistan konstitusiyası isə məhz həmin Bəyannaməyə istinad edir.


Rəsmi Bakı haqlı olaraq Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb kimi qoyub. Ekspertlər bildirir ki, əgər sözügedən dəyişiklik olmasa, Ermənistanda revanşist düşüncə və əhvali-ruhiyyə daim qalacaq və son nəticədə bu, yeni müharibəyə səbəb olacaq.//Globalinfo.az 

WhatsApp


Избранный
33
3
referans.az

4Источники