RU

Özbəkistanın mesajı Rusiyanı hiddətləndirdi – “Özünüzə hörmət edin”

Özbəkistanın “Miliy Tiklaniş” partiyasının sədri Əlişir Kadırov Mərkəzi Asiya ölkələrini Rusiya siyasətçilərinin əcnəbilərin ölkəyə giriş və qalma qaydalarını sərtləşdirmək ideyalarını dəstəkləməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, siyasətçi rusiyalı deputat Leonid Slutskinin “Miqrant Məcəlləsi”nin yaradılması ilə bağlı bəyanatını belə şərh edib.

Kadırovun sözlərinə görə, region ölkələri Rusiya siyasətçilərinin təşəbbüslərini dəstəkləməlidir. O qeyd edib ki, təklif olunan nəzarətin gücləndirilməsi yalnız faydalı olacaq.

Həmçinin o, Rusiya ilə viza rejiminin tətbiqini dəstəklədiyini də bildirib.

Özbək siyasətçi hesab edir ki, qarşılıqlı viza rejiminin tətbiqi Rusiyada gözlənilən qeyri-sabitlik fonunda mühüm addımdır, bu, Özbəkistandan bu ölkəyə gedənlərin sayını azalda bilər. Onun sözlərinə görə, Özbəkistanın bütün vətəndaşları öz ana dilini, mədəniyyətini və dəyərlərini bilməli və onlara hörmət etməlidir.

Özbəkistan vətəndaşları üçün vizaların tətbiqi təklifini rusiyalı deputat Sergey Mironov irəli sürüb. Mironov Özbəkistanın Kazandakı Baş Konsulluğunun özbəklərə Rusiya ordusunda xidmət etməmələri ilə bağlı müraciətinə cavabında bu barədə danışıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
27
teleqraf.com

1Источники