RU

Bacısı ilə söhbət edən oğlanı bıçaqlayan şəxsə şərti cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Şahbaz Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
 
İttihama görə, hadisə 4 sentyabr 2023-cü il tarixdə, saat 14:30-da Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.
 
Belə ki, 2024-cü il təvəllüdlü Şahbaz Səfərov yaşadığı mənzilə gələn zaman qonaq otağında əvvəllər tanımadığı Bakı şəhər sakini, zərərçəkmiş Əmrah Əsədovla (soyadı şərti) bacısının söhbət etdiyini görüb. Zərərçəkmiş təqsirləndirilən şəxsə bacısı ilə evlənəcəyini, buna görə onların valideynləri ilə söhbət etmək istədiyini söyləyib. Şahbaz isə bundan əsəbiləşib masanın üzərindəki bıçağı götürüb Əmrahın döş qəfəsinə üç zərbə endirərək ona xəsarət yetirib.
 
Hadisədən sonra Şahbaz Səfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. /Pravda.az/
 
Избранный
20
3
moderator.az

4Источники