RU

Paçu Lira “Neftçi”yə qarşı oynaya biləcək?

“Kəpəz”in “Zirə” ilə oyunda zədələnərək meydanı erkən tərk etmiş braziliyalı hücumçusu Paçu Lira MRT müayinəsindən keçirilib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, hücumçuda ciddi bir şey aşkarlanmayıb. Klubun tibbi xidmətindən verilən məlumata görə, yüngül formada əzələ dartılması olan Paçu bu gün fərdi halda məşq edəcək. Sabahdan isə o, kollektiv məşqlərə qoşulacaq.

Paçu həftəsonu Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində baş tutan “Neftçi”yə qarşı oyunda iştirak edə bilər.

Xatırladaq ki, Paçu ötən həftə “Zirə” ilə baş tutan matçın (0:4) 15-ci dəqiqəsində zədələnərək əvəzlənmişdi.

Ötən mövsümü “Turan Tovuz”da keçirmiş Paçu Lira oktyabr ayında azad agent kimi “Kəpəz”lə müqavilə bağlayıb. O, mövsümün sonunadək bu komandanın uğurları üçün çalışacaq. Braziliyalı hücumçu Gəncə təmsilçisinin heyətində hələlik 10 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Избранный
46
1
arena.az

2Источники