RU

"Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsinin qalibləri bəlli olub



Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsinin qalibləri bəlli olub.

Newscenter.az xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, 244 nömrəli tam orta məktəbin müəllimi Günay Sofiyeva, 262 nömrəli tam orta məktəbin müəllimi Çimnaz İbrahimova, 144 nömrəli tam orta məktəbin müəllimi Lütviyyə Yolçiyeva I, 88 nömrəli tam orta məktəbin müəllimi Günel Mustafayeva, 179 nömrəli tam orta məktəbin müəllimi Xanım Cəfərova, 261 nömrəli tam orta məktəbin müəllimi Zeynəb Ağayeva II, 71 nömrəli tam orta məktəbin müəllimi İlahə Quliyeva, 94 nömrəli tam orta məktəbin müəllimi Marina Plaxotneva, 102 nömrəli tam orta məktəbin müəllimi Gözəl Şükürova III yerə layiq görülüblər.

17 nömrəli tam orta məktəbin müəllimi Elmira Ağayeva, 143 nömrəli tam orta məktəbin müəllimi Rübabə Abdullayeva, 171 nömrəli tam orta məktəbin müəllimi Pərvin Məmmədova, 276 nömrəli tam orta məktəbin müəllimi Kəmalə İbrahimova, 280 nömrəli tam orta məktəbin müəllimi Kənan Həsənov, 202 nömrəli tam orta məktəbin müəllimi Elnarə Ələsgərova isə həvəsləndirici yeri tutub.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək. Müsabiqədə fərqlənən 45 müəllim isə “Təşəkkürnamə” ilə təltif olunacaq.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin müvafiq rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.

Ruhiyyə Mehdiyeva
Избранный
27
6
newscenter.az

7Источники