RU

Suraxanıda qazinin qarajı buldozerlə dağıdılıb - FOTOLAR

Bakının Suraxanı rayonunda “Məkan MTK” Vətən müharibəsi iştirakçısı Sərxan Bünyadovun qarajını buldozerlə dağıdıb, içindəki avadanlıqları yararsız hala salıb. 

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkədə aidiyyəti qurumlara müraciət edib. 

“Müharibədən qayıtdı, Suraxanı rayonunun keçmiş icra başçısı qaraj tikmək üçün Sərxana yer verdi, Sərxan sənədlərini düzəltdi, tikinti üçün lisenziyasını aldı və həmin yerdə özünə qaraj tikdi. Dövlət Məşğulluq Agentliyinə müraciət etdi, sağ olsunlar elektrik avadanlıqları ilə təchiz etdilər, bir qismini də özü kreditlə aldı və yenidən öz işinə başladı. Bir gün qarajın yanında “Məkan MTK” adlı bir şirkət bina tikməyə başladı. Sərxan daxil olmaqla, heç bir kompensasiya təklif etmədən qaraj sahiblərinə deyiblər ki, çıxın, buranı almışıq. Halbuki bu insanların əllərində sənədlər var, haqlı olaraq etiraz ediblər. Növbəti gün Sərxan gəlib görüb ki, gecə ilə qarajını buldozerlə söküblər, bütün avadanlıqları, bütün əşyaları hamısı qırıq-qırıq olub, dağıntıların altında qalıb. Dərhal "102 xidməti"nə zəng edib, Daxili İşlər Nazirliyinə məlumat verib. Deyiblər ki, araşdıracağıq, hələ də xəbər yoxdur. Suraxanı Rayon İcra Hakimiyyətinə bildirib, onlar da bələdiyəyə yönəldiblər. Bələdiyə o boyda bina tikənləri guya tapa bilmir. Bir çox televiziya kanalları gəlib çəkib, amma bina tikənlər televiziya çəkilişinin gəldiyini görəndə qaçırlar. Bu adam dələduz deyil, kimdənsə havayı pul istəyən qazi deyil, sadəcə, öz əməyi ilə öz işini quran, gecə-gündüz çalışan bir adamdır. Belə bir adama qarşı bu münasibət  adamı təəssüfləndirir. "Məkan MTK” adını dəyişib “Fin MTK” qoyub”.

Избранный
17
6
mia.az

7Источники