RU

Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumu keçirilib

Dekabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumu keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumlarının, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələrin təhsilinin təşkili üzrə məsul əməkdaşlar və beynəlxalq tələbələr iştirak edib. Tədbirin məqsədi Azərbaycanın elm və ali təhsil sahəsində beynəlmiləlləşmə potensialını artırmaq və beynəlxalq təcrübənin tətbiqi yollarını müzakirə etmək olub.

Tədbiri giriş sözü ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova açaraq tədbirin məqsəd və önəmini vurğulayıb:"Elm və ali təhsilin beynəlmiləlləşməsi bu sahənin qlobal rəqabətliliyini artırmaqla yanaşı, ölkəmizin dünya elmi və təhsil məkanına inteqrasiyasını sürətləndirir. Bugünkü forum bu istiqamətdə mühüm müzakirə və təkliflərə imkan yaradacaq".Elm və təhsil naziri Emin Əmrullayev çıxışında elmi fəaliyyətin struktur dəyişiklikləri və idarəetmə modellərinin yenilənməsi zərurətini qeyd edib:"Elmin reytinqini dəyərləndirərkən onu düzgün ölçmək vacibdir. Əgər biz bu sahəni inkişaf etdirmək istəyiriksə, ali təhsil müəssisələrinin həm ölkədaxili, həm də beynəlxalq səviyyədə elmi-tədqiqat potensialını gücləndirməliyik. Hazırda ölkəmizdə ali təhsil müəssisələrinin və elmi-tədqiqat mərkəzlərinin sayı kifayət qədər çoxdur, lakin görülən işlərin həcmi nisbətən aşağıdır. Say çox olduqda belə, aparılan tədqiqatların effektivliyi və keyfiyyəti ilə bağlı problemlər meydana çıxır.

Nazir əlavə edib ki, elmi məhsuldarlığın artırılması üçün ali təhsil müəssisələri ilə elmi-tədqiqat qurumlarının birgə fəaliyyətinə ciddi ehtiyac var:"Son illərdə beynəlxalq səviyyəli elmi jurnallarda nəşr olunan məqalələrin sayında artım müşahidə olunur. Bu, ölkəmizin elmi potensialının mövcud olduğunu göstərir. Lakin bu nəticələrin davamlı və yüksək səviyyədə olması üçün struktur dəyişiklikləri və idarəetmə modellərinin yenilənməsi qaçılmazdır".Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev beynəlxalq tələbələrin ölkəmizdə təhsilinin əhəmiyyətinə toxunaraq qeyd edib:“Əcnəbi tələbələrin ölkəmizdə təhsili yalnız elm və təhsil sahəsinə deyil, həm də ölkələrarası ictimai diplomatiyanın inkişafına mühüm töhfə verir. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" bu prosesdə mühüm rol oynayır və Azərbaycanın təhsil sisteminin qlobal səviyyədə tanınmasına imkan yaradır".O, Azərbaycanın iqtisadi və sosial inkişafı üçün ixtisaslı kadrların hazırlanmasının əhəmiyyətini vurğulayıb:"Keyfiyyətli insan kapitalı, yerli və qlobal əmək bazarında Azərbaycanın mövqeyini gücləndirir. Bu, ölkə iqtisadiyyatının innovasiyalara əsaslanan modellərə keçidini dəstəkləyir. Təhsilin beynəlmiləlləşməsi sayəsində gənclərimiz həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinə sahib olacaq".Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov tədbirdə statistik məlumatları açıqlayıb. O bildirib ki, 2024-2025-ci tədris ili üzrə Azərbaycanda 105 ölkədən 11 min tələbə təhsil alır. Müjdat Həsənov ölkə üzrə xarici tələbələrin TOP 10-luğunu da açıqlayıb:Türkiyə – 4338 tələbəPakistan – 1213 tələbəİran – 1103 tələbəGürcüstan – 1044 tələbəRusiya – 1002 tələbəHindistan – 417 tələbəSuriya – 219 tələbəNigeriya – 152 tələbəÇin – 122 tələbəQazaxıstan – 112 tələbəTədbirin rəsmi hissəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil almaq hüququ qazanan xarici tələbələrə təqaüd sertifikatlarının təqdim olunması ilə başa çatıb. Daha sonra tədbir “Elmi universitetə necə gətirməli?” və “Ali təhsilin beynəlmiləlləşməsi” mövzuları üzrə panel sessiyalarla davam edib.

Sonda beynəlxalq tələbələrlə iş üzrə fərqlənən bir neçə elm və ali təhsil müəssisəsi, eləcə də akademik göstəriciləri, ictimai fəallığı və elmi məqalələrin dərci sahəsində fərqlənən xarici tələbələr təltif edilib.

Tədbir, iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi və gələcəkdə beynəlxalq əməkdaşlıq üçün atılacaq addımların müzakirəsi ilə yekunlaşıb.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/1b283035-cc61-4335-b147-ebe4d86b22c1_ca992ec7-efe8-42c4-a5df-6d84f3d3f9d4.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/6f4567ad-7528-4126-9096-210935cb5c38_5df66a97-02cb-41ae-9664-85a1882d6ad6.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/85391959-1809-4aa7-b6e4-586cd6093037_a3ce4624-dd85-4d48-98e6-bd6dba0def20.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/58e63c8a-2deb-448e-84a0-f4e5d9918e19_136076b3-9ff1-47fc-90d2-9608776cdafa.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/e71b1dc3-a11d-460d-a03c-dfbeb629f646_2cb6583b-f21f-457f-9596-3c459579509a.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/62d3043a-42ff-47d3-8a85-c05ff80eb613_c0e05adb-edf0-4dbf-9c39-4649d552c042.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/ce746a81-308d-4f4b-a590-abb04e6721cb_dbba5fa1-05b7-4ffd-be0d-61dd9f09ec9f.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/02334b9e-38f9-4dc8-9c70-a4f10776f210_84ec2da6-a443-4297-b1a8-52407fa2491f.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/e3e3a2af-973e-499c-9440-ed62ca8e3ead_56e408c5-1a71-4b66-8c7e-9b9930945e5a.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/5c4119f6-eff2-4cbe-a678-6dba16fb970c_a9412f75-26df-476c-a925-8a1832222c0b.jpg

 

 

 

 

Избранный
48
tehsil.biz

1Источники