RU

Vidadi İsayev Bərdənin Həsənqaya kəndində səyyar qəbul-görüş keçirdi

Bərdə rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayevin Həsənqaya kəndində səyyar qəbul-görüşü keçirilib.
 
Moderator.az xəbər verir ki, görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Həsənqaya kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
 
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, kənd yolunun asfaltlanması, 10 kv-luq elektrik hava xəttinin yerinin dəyişdirilməsi, elektrik güc transformatorunun yenisi ilə əvəz edilməsi, uşaq bağçasının əsaslı təmir olunması, 1 ədəd subartezian quyusunun qazılması və maddi yardım olunması ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
 
Избранный
24
5
moderator.az

8Источники