RU

Ukraynada döyüşən “Kalinovski alayı” Lukaşenkonu devirə bilər – Açıqlama

Ukrayna Silahlı Qüvvələrinin tərkibində olan “Kalinovski alayı”nın üzvləri Belarus prezidentini devirə bilərlər. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu “European Pravda” qəzetinə müsahibəsində Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya deyib. 

“Belarusu azad edəcək “Kalinovski alayı”nın döyüşçüləridir. İstərdim ki, hər şey sülh yolu ilə baş versin, amma kim bilir necə olacaq”, - deyə siyasətçi bildirib. Onun sözlərinə görə, bir çox belaruslar bu bölməyə hörmət edirlər. Belarusun keçmiş prezidentliyə namizədi əlavə edib ki, müxalifət müxtəlif ssenarilərə hazır olmalıdır. 

ElcanMissiya.Az

Избранный
32
missiya.az

1Источники