RU

Ərdoğanın açıqlaması İrəvanı qorxuya saldı

Suriyada baş verən hadisələrdən Ermənistanda da təkrarlana biləcəyi mövzusu İrəvanı təlaşa salıb. Daha doğrusu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlar Ermənistanla bağlı açıqlamaları qorxuya səbəb olub.

Hurriyyet.az xəbər verir ki, politoloq Beniamin Matevosyan bunu detallarını dilə gətirib. O deyib ki, Ərdoğan bir neçə dəfə Suriyanın devrilmiş rəhbəri Bəşər Əsədə danışıq üçün müraciət edib. “Ərdoğan Əsədə barışıq əli uzatdı, amma Əsəd qəbul etmədi. Və bu gün baş verənlər hər kəsin gözü qarşısındadır”.

Erməni politoloq bildirib ki, Ərdoğan analoji müraciəti Ermənistana da edib. “Ərdoğan bir neçə dəfə Ermənistana Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı müraciət edib. Hər dəfəsində yardım edəcəklərini dilə gətirib. Lakin Paşinyan hələ də onun sözlərini ciddiyə almır. Bu, o deməkdir ki, əgər belə davam edərsə, analoji proseslər Ermənistanda da baş verə bilər”./Tribunainfo.az/

Избранный
18
1
hurriyyet.az

2Источники