RU

ABŞ Ukraynaya yardımı dayandırsa...

ABŞ

ABŞ yardımı dayandırsa, Ukraynanın ən azı altı ay Rusiya təcavüzünə qarşı durmaq üçün vəsaiti və silahı olacaq.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko “El Pais”-ə müsahibəsində deyib.

Maliyyə naziri bildirib ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqtondan mümkün yardımın dayandırılması Ukrayna üçün böyük problem və çağırışdır, ona görə də yeni administrasiya ilə əməkdaşlıq “prioritet strategiya” olmalıdır.

“Hesab edirəm ki, ən azı 2025-ci ilin birinci yarısına tab gətirmək üçün kifayət qədər vəsaitimiz, kifayət qədər silahımız, kifayət qədər raket və artilleriya mərmilərimiz var. 2025-ci ildə döyüş sursatı və lazımi hərbi texnikanın alınması üçün kifayət qədər büdcə vəsaiti ayıracağıq. Hazırda lazımi silahları alırıq. Bu o deməkdir ki, ən azı ilin birinci yarısında və ondan sonra bu təcavüzə qarşı durmaq üçün yaxşı təchiz olunmuş olacağıq”, - deyə nazir əlavə edib.

Marçenko vurğulayıb ki, Ukrayna ABŞ-dakı əsas müttəfiqləri ilə lazımi danışıqlar aparmaq üçün bu vaxtdan “ağıllı” istifadə etməlidir. Onun sözlərinə görə, Ukraynanın NATO-ya qoşulmasının yeganə alternativi müasir və güclü Ukrayna ordusudur, lakin onu yalnız öz resursları hesabına saxlamaq mümkün deyil.

“Biz indi ÜDM-nin 26 faizdən çoxunu hərbi kampaniyaya xərcləyirik, çünki müharibənin ortasındayıq”, - deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp Ağ evə qayıtdıqdan sonra Ukraynaya hərbi yardımın azaldılmasına icazə verib. Amerika lideri əmin edib ki, o, fəal şəkildə müharibəni bitirməyə çalışır. Ağ evin mətbuat katibi Karine Jean-Pierre isə bildirib ki, ABŞ-nın hazırkı prezidenti Co Baydenin administrasiyası Donald Trampın andiçmə mərasimindən əvvəl vəd etdiyi bütün yardımı Ukraynaya köçürməyə çalışacaq.

ELÇİN
Избранный
39
31
reyting.az

10Источники