AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, Rusiya nüvə doktrinasını təkmilləşdirir.
Putin qeyd edib ki, indi "Oreşnik" raketlərini təkmilləşdirmək lazımdır: “Biz indi nüvə doktrinasını deyil, “Oreşnik”i təkmilləşdirməliyik".
Rusiya Prezidenti vurğulayıb ki, "Oreşnik"in qrup şəklində istifadəsi nüvə silahından istifadə etməyə ehtiyac qalmayacağına gətirib çıxaracaq: "Kifayət qədər miqdarda" "Oreşnik" əslində nüvə silahından istifadə ehtiyacını aradan qaldırır".
AzVision.az