Tayvan, suverenlik mübahisəsi olduğu Çini adanın ətrafında və yaxınlıqdakı sularda çoxsaylı hərbi təyyarə və gəmilər də daxil olmaqla, hərbi fəaliyyətinə son qoymağa çağırıb.
Tayvan Xarici İşlər Nazirliyinin sosial media platforması X hesabında edilən açıqlamada, “Çin Xalq Azadlıq Ordusunun birinci ada zəncirində yerləşdirilməsi Tayvan boğazında sülhü təhdid edir, regional gərginliyi artırır və beynəlxalq gediş-gəlişi pozur”,- deyə qeyd edilib.
Çini idarə edən Çin Kommunist Partiyasına (ÇKP) hərbi təhdidinə son verməsi mesajını verən açıqlamada, "Tayvan bütün demokratik ölkələri Çinin regional sabitliyə qarşı təhlükəli hərəkətlərinə qarşı çıxmağa çağırır" - deyə vurğulanıb.
Nazirliyin açıqlamasında ABŞ-nin geostrateji və hərbi qiymətləndirmələrində yer alan və Yaponiya, Tayvan və Filippinin Sakit Okeandakı Asiya qitəsindən kənar hissələrini əhatə edən “ilk ada zənciri” ifadəsinin qeyd olunması diqqət çəkib.