RU

Tayvan Çindən ada ətrafında hərbi fəaliyyətə son qoymasını tələb edib

Tayvan Çindən ada ətrafında hərbi fəaliyyətə son qoymasını tələb edib

Tayvan suverenlik mübahisəsi olduğu Çini adanın ətrafında və yaxınlıqdakı sularda çoxsaylı hərbi təyyarə və gəmilər də daxil olmaqla, hərbi fəaliyyətinə son qoymağa çağırıb.Tayvan Xarici İşlər Nazirliyinin sosial media platforması X hesabında verilən açıqlamada “Çin Xalq Azadlıq Ordusunun ilk ada zəncirində yerləşdirilməsi Tayvan boğazında sülhü təhdid edir, regional gərginliyi artırır və beynəlxalq gediş-gəlişi pozur” qeyd edilib.Çini idarə edən Çin Kommunist Partiyasına (ÇKP) hərbi təhdidinə son verməsi mesajını verən açıqlamada, "Tayvan bütün demokratik ölkələri Çinin regional sabitliyə qarşı təhlükəli hərəkətlərinə qarşı çıxmağa çağırır" ifadəsi işlədilib.Nazirliyin açıqlamasında ABŞ-ın geostrateji və hərbi qiymətləndirmələrində yer alan Sakit Okeanda Asiya qitəsi kənarından Yaponiya, Tayvan və Filippinin bir hissəsini əhatə edən “ilk ada zənciri” ifadəsinin qeyd olunması diqqət çəkib.Tayvan Müdafiə Nazirliyi də X hesabında verdiyi açıqlamada Çinin Şərqi Çin dənizi, Tayvan boğazı və Cənubi Çin dənizindəki hərbi-dəniz fəaliyyətinin hazırda təhlükəsizlik riski və regional qeyri-sabitlik yaratdığı, Çinin təlim elanlarından asılı olmayaraq Tayvan Silahlı Qüvvələrinin vəziyyəti izləyəcəyi və lazımi reaksiyanı verəcəyi bildirilib.Nazirlik səhər saatlarında verdiyi açıqlamada Tayvan adası ətrafında 53 Çin hərbi təyyarəsi və 19 gəminin müşahidə edildiyini bildirib.

Избранный
15
2
afn.az

3Источники