RU

"Dünyanın xəritəsi 2025-ci ildə yenidən çəkiləcək" - Məşhur astroloq

Dinçer Güner 2025-ci illə bağlı proqnozlar verib.

Bakıvaxtı.az xəbər verir ki, o, bunları deyib:

"2025-ci il heç vaxt unudulmayacaq çox əhəmiyyətli bir il olacaq. 2025-ci ildə 5 ata planeti eyni ildə bürclərini dəyişəcək.

Normalda bu aqibət baş vermir. 

Uran Buğadan Əkizlər bürcünə keçəcək. Neptun Balıq bürcündən ayrılaraq Qoç bürcünə keçəcək. Saturn bir müddət Qoç bürcünə keçəcək. Yupiter Əkizlər bürcündən Xərçəngə keçəcək". 

O qeyd edib ki, Günəş və Ay tutulmalarının da əlamətləri dəyişəcək:

"Bizi dəhşət bir il gözləyir. 2025-ci ildə çox şey dəyişəcək. Başqa bir dünyaya doğru gedirik. Düşünürəm ki, 2025-ci ilə qədər dünyanın xəritəsi yenidən çəkiləcək Sərhədlər yenidən müəyyənləşdiriləcək.

Məsələn, birləşmiş ölkələr ayrılmağa və iki yerə parçalanmağa başlayacaq.

Br çox ölkədə belə hadisələr olacaq. Bunu III Dünya Müharibəsi adlandırmaq səhv olmaz". /Demokrat.az

Избранный
27
4
bakivaxti.az

5Источники