RU

İlbər Ortaylı İsrailin Suriya ilə bağlı əsl planını açıqladı

Tarixçi Prof. Dr. İlber Ortaylı, İsrailin Suriyadakı işğalını genişləndirməsi ilə bağlı bir məqama diqqət çəkib...

Milli.Az xəbər verir ki,  Ortaylı, "İsrail, Colanı ələ keçirərək qida problemini həll etdi. İndi isə su mənbələri üçün ABŞ ilə birlikdə Fərat-Dəclə hövzəsini nəzarət altına almaq niyyətindədir," deyib.

İsrail, Baas rejiminin devrilməsindən sonra Suriyada hava hücumlarını artıraraq, Colan təpələrindən daha irəli gedib, Livan-Suriya xəttindəki torpaqları işğal edib və Dəməşqin 25 kilometr yaxınlığına qədər irəliləyib.

Tarixçi Prof. Dr. İlber Ortaylı, tv100-də Okan Bayülgenin təqdim etdiyi Muhabbet Kralı proqramında İsrailin Suriyadakı işğalı haqqında danışdı. İsrailin su mənbələri üçün ABŞ ilə birlikdə Fərat-Dəclə hövzəsini nəzarət altına almaq istəyinə diqqət çəkən Ortaylı bunları deyib:

"Colan təpələri ilə İsrail qida məsələsini həll etdi."

"Yəni gündəlik ətini, südünü... su da, əlbəttə, mühüm bir məsələdir. Su həmişə və hər kəs üçün vacibdir və susuz bu problem həll oluna bilməz. İsrailin ən böyük səhvlərindən biri isə su problemini özü həll edə biləcəyinə inanmasıdır."

"Bu mümkün deyil və indi, təəssüf ki, Amerika ilə birlikdə başqaları da bu işə qarışıb. Amma bu blok Türkiyədəki Fərat-Dəclə hövzəsinin nəzarətinə göz dikib. Bu, çox açıq görünən bir şeydir və yanlış bir addımdır."

Hərbi strateji vəziyyət

"O lövhə var, bu əsla teatr deyil. Oraya çıxan komandanın sözləri yazılıb. Lövhədə 'Buradan baxanda nə qədər böyük olduğunuzu anlayıram' yazılıb. Bu nə deməkdir? 'Biz sizi uzun müddət təhlükə altında saxladıq, daha etməyəcəyik' deməkdir. İndi isə bir addım daha irəli gedib, buradan Dəməşqə qədər gedirlər. Dəməşqdən sonra nə olar, onu bilmirəm. Amma bu, kiçik bir imperialist paradoksudur."

Ortayı İsarilin addımlarını tənqid edərək, bu vəziyyətin regionda ciddi problemlərə yol aça biləcəyini vurğulayıb.

Poliqon.info

Избранный
61
2
poliqon.info

10Источники