RU

«Polyus» dünyada ikinci ən böyük qızıl istehsalçısı ola bilər

Fins.az - Rusiyanın «Polyus» şirkəti qızıl istehsalında ikinci yerdə olmağı planlaşdırır.

Şirkət üç yeni layihəyə – Suxoy Log, Çulbatkan və Çertovo Koryto – 7,8 milyard dollar yatırmağı hədəfləyir. Bu layihələrin illik istehsal gücü 3,5 milyon unsiya qızıl olacaq.  «Polyus» hazırda qızıl istehsalında 4-cü yerdədir və yalnız amerikalı Newmont şirkətini geridə qoymağı gözləyir. Ən böyük layihə olan «Suxoy Log»un dəyəri 6 milyard dollar, illik istehsal gücü isə 2,3-2,8 milyon unsiya qızıldır.

Избранный
40
fins.az

1Источники