Amerika Birləşmiş Ştatlarının sorğuda iştirak edən sakinlərinin yarıdan çoxu (55 faizi) ölkənin yeni seçilmiş prezidenti Donald Trampın keçid dövrünü bəyənib.
Reyting.az xəbər verir ki, SSRS tərəfindən CNN-nin keçirdiyi rəy sorğusunun nəticələri barədə məlumatlar yayılıb.
Həmçinin amerikalıların 54 faizi Trampın Ağ evə qayıdandan sonra yaxşı işlər görəcəyini gözləyir. On amerikalıdan yeddisi Trampın ölkəyə dəyişiklik gətirə biləcəyinə inanır.