RU

Narkotacirlər və qadın alverçiləri həbs edilib

Narkotacirlər

İstanbulda narkotacirlərə qarşı həyata keçirilən “Narkokapan-22” əməliyyatında 2-si xarici vətəndaş olmaqla 8 şübhəli yaxalanıb.

Reyting.az
xəbər verir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya əməliyyatın təfərrüatlarını sosial media hesabında paylaşıb.

Nazir qeyd edib ki, İstanbulda zəhər alverçilərinə qarşı təşkil edilən əməliyyatda 95,5 kiloqram metamfetamin, 74 kiloqram kokain və 1 milyon 16 min 400 ədəd narkotik həb götürülüb: “Əməliyyat zamanı zəhər satmaqda şübhəli bilinən 2-si xarici ölkə vətəndaşı olan 8 nəfər yaxalanıb və hamısı həbs edilib. Qlobal fəlakət olan narkotiklərə qarşı müharibə davam edəcək. Bu, təkcə təhlükəsizlik məsələsi deyil, həm də gələcəyimizin məsələsidir. Uşaqlarımızın gələcəyini qaraltmağa imkan verməyəcəyik. Biz hər küçədə, hər küncdəyik. Zəhər satanlara dözmürük. Biz uşaqlarımızın gələcəyinin qaralmasına imkan vermirik və verməyəcəyik”.

İstanbul şəhəri ilə paralel olaraq Ankarada fahişəliyə təşviq, vasitəçilik və yer təmin etdiyi bildirilən şübhəlilərə qarşı da əməliyyat keçirilib. 4 mehmanxanada keçirilən reydlər zamanı otel işçiləri də daxil olmaqla 6 şübhəli saxlanılıb. Əməliyyat zamanı fahişəliyə məcbur edilməsi müəyyən olunan 20-dən çox qadın xilas edilib və otellər bağlanıb.

V. QULİYEV
Избранный
34
reyting.az

1Источники