RU

Markedonov: "Ermənistan Rusiyaya lazımdır, çünki...”

İrəvan və Moskva ikitərəfli münasibətlərin ən çətin və böhranlı mərhələsindədir. 

Ölkə.Az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

O bildirib ki, mövcud böhranlı vəziyyətdən çıxmaq üçün iki suala cavab tapmaq lazımdır: "Ermənistanın Rusiyaya, Rusiyaya Ermənistanın nəyə ehtiyacı var? Bu suallara cavab olmadan heç nə işləməyəcək".

O əlavə edib ki, ikitərfəli münasibətlərin belə bir vəziyyətə gəlməsindən çox danışa bilərik. "Amma çox vacib bir şeyi başa düşməliyik. Bu müddət ərzində nəsillər dəyişib. Bu mühüm amildir. Paşinyan, Avinyan və başqalarından danışanda başa düşməliyik ki, SSRİ dağılanda Paşinyanın 17, Alen Simonyanın 11, Avinyanın isə 2 yaşı var idi", - o qeyd edib.

İrəvanın qərbyönümlü siyasətində diqqət çəkən politoloq deyib ki, Rusiyaya alternativ olaraq Qərbdən heç bir keyfiyyətli təklif görmür. 

İrəvan-Moskva münasibətlərinə gəldikdə politoloq deyib ki, Ermənistan Rusiya üçün son dərəcə vacib ölkədir. "Ermənistan Rusiyaya  birləşdirici halqa kimi iri Avrasiya layihəsi, eləcə də Qafqazda mövcudluğu üçün lazımdır”, - Markedonov qeyd edib.

Mürtəza
Ölkə.Az

Избранный
33
olke.az

1Источники