RU

Bəşər Əsədin kəşfiyyat rəhbəri hara qaçdı?

61 illik Baas rejiminə son qoyduqdan sonra devrilmiş lider Əsədin kəşfiyyat rəhbəri Əli Məmlük qadın qayıqla Livana qaçıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, rejim qüvvələrinin Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və beynəlxalq hava limanından çıxarılması ilə Rusiya kəşfiyyatı Əsədin qaçış planını davam etdirib və onun ölkəni təhlükəsiz tərk etməsinə kömək edib.
 
1946-cı ildə doğulan və sünni ailəsindən olan Məmlük hakim Baas Partiyasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri, yəni ölkənin kəşfiyyat fəaliyyətini həyata keçirən və prezidentə bu mövzuda məsləhətlər verən ən kritik isim olub. 

2005-ci ilə qədər Hərbi Hava Qüvvələri kəşfiyyatının rəhbəri olan Məmlük 2005-2012-ci illərdə Dövlət Baş Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.

Məmlük dönəmində ABŞ Dövlət Departamenti Məmlükə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirirmiş.

Lakin 2010-cu ildə o, Dəməşq və Vaşinqton arasında terrorizmlə mübarizə üzrə əməkdaşlığın vasitəçisi olub və nəzərdə tutulan sanksiyalar qüvvəyə minmədi.

Suriyada vətəndaş müharibəsi başlayandan sonra həm ABŞ, həm də Avropa Birliyi Məmlükə qarşı sanksiyalar tətbiq etdiklərini açıqlayıb.
  
Mikayıl
Избранный
31
azxeber.com

1Источники