RU

Monqolustandan gələn "ucuz ətin şorbası oldu?" - AQTA AÇIQLADI

Ötən ay Monqolustan ətinin satılmasından xəbər vermişdik.
Bu ətin qiyməti yerli ətə nisbətən ucuzdur. Monqolustan əti 12-14 manata təklif edildiyi halda yerli bazarda qoyun ətinin qiyməti 16-18 manatdan başlayır. Bu ətin nisbətən ucuz olmasını satıcılar xaricdəki heyvan bolluğu və ərazi genişliyi ilə əlaqələndirərək  Monqolustanda qoyunculuq kifayət qədər inkişaf etdiyini bildiriblər. 

Amma ətin qiymətinin ucuz olmasına baxmayaraq alıcısı çox deyil. İnsanlar "ucuz ətin şorbası olmaz" deyib bu ətə güvənmirlər. Bir qoyunun bəslənməsi, saxlanılması, yol xərci bütün hamısı nəzərə alınanda bu qiymət insanları narahat edir. 

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimov bildirib ki, ölkədə idxal edilən bütün ətlər laborator analizlərdən keçirilir.

"Ət məhsulları yüksək riskli qidalar hesab olunur. Buna görə də həmin məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ölkəmizin gömrük ərazisinə daxil olduğu zaman müvafiq ekspertizalardan keçir", - deyə Kərimov qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
23
3
olaylar.az

4Источники