RU

Əsədin əmlak və maliyyəsi ilə bağlı qərar verildi

Keçmiş prezident Bəşər Əsədin ailəsinin onilliklər ərzində rəhbərlik etdiyi Suriyanın keçmiş hakim Baas Partiyası fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.

Azreform.info xəbər verir ki, bu barədə Baas partiyası bəyanat yayıb. 

Bəyanatda qeyd olunur ki, onlar bütün əmlak, maliyyə və silahları Suriya hökumət orqanlarına təhvil verəcəklər.

“Yoldaşların əlində olan avtomobillər və silahlar Daxili İşlər Nazirliyinə və ya yaxınlıqdakı polis bölməsinə və ya şöbəsinə təhvil verilməlidir”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, Baas Partiyasının bütün əmlak və vəsaitlərinin Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin nəzarətinə veriləcəyi, əldə olunan vəsaitin isə Mərkəzi Suriya Bankında saxlanacağı bildirilir.

Mürtəza
Azreform.info

Избранный
44
2
azreform.info

3Источники