RU

Kadırovla Bastrıkini düşmən edən yeniyetmənin anası şikayətçidir

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə Çeçenistan rəhbəri Ramzan Kadırovun arasında münaqişəyə səbəb olan 14 yaşlı Müslüm Murdiyevin anası İstintaq Komitəsinin rəhbərinə müraciət ünvanlayıb.

Musavat.com Ura.ru saytına istinadla xəbər verir ki, yeniyetmənin anası müraciətində bildirib: “700 dəfədən çox ərizə və şikayətlər vermişik - müraciətimizlə bağlı bir dənə də olsun hüquqi qərar verilməyib. Yalnız onları təmin etməkdən imtina edirlər”. Qadın işin “dürüst araşdırılmasını” tələb edib.

Onun sözlərinə görə, müstəntiq iddia edildiyi kimi, Murdiyevin yoldan keçənlərə hücum etdiyi “Aviapark” və “Xodınskoye pole” ticarət mərkəzlərinin müşahidə kameralarının qeydlərini işə daxil etməyib.

Bundan əlavə, yeniyetmənin anası davaların birində oğlunun bıçaqla hədələndiyini, lakin hüquq-mühafizə orqanlarının bu fakta məhəl qoymadığını bildirib.

Dekabrın 4-də Kadırov İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin rəhbərlərini - Bastrıkin və Vladimir Kolokoltsevi Murdiyevə qarşı cinayət işi ilə əlaqədar “yanlış yerdə oturmaqda” ittiham edib. Kreml şərh verməkdən yayınıb.

Sözügedən yeniyetmə 2023-cü ilin sentyabrında Moskvada yoldan keçənlərə hücum etməkdə şübhəli bilinir. Müstəntiqlər gəncin dostları ilə necə dava saldığını göstərən videolar yayımlayıblar. Hazırda o, ev dustaqlığındadır.

Dekabrın 6-da Krasnodardan olan deputatlar Sergey Kusmakov və Sergey Klimov Bastrıkinin müdafiəsinə qalxdılar. Onlar Kadırovu İstintaq Komitəsinin rəhbərindən üzr istəməyə çağırıblar.

Musavat.com

Избранный
40
musavat.com

1Источники