RU

Horadiz-Ağbənd dəmir yolunun inşası 60 faiz yerinə yetirilib

Horadiz-Ağbənd dəmir yolunun inşası ilə bağlı işlərin 60 %-i yerinə yetirilib.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Rövşən Rüstəmov bildirib.
 

Onun sözlərinə görə, tunellərin biri artıq tam bitib, ikinci tuneldə qazıntı işləri aparılıb:

"Demək olar ki, Horadiz-Ağbənd dəmir yolu ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir".

R. Rüstəmov həmçinin əlavə edib ki, Bərdə-Ağdam layihəsində yol artıq tamamlanıb:

"Hazırda Ağdam avtovağzalı və dəmir yolu vağzalı kompleksinin ikinci mərhələsi həyata keçirilir.

Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir".

Bizim.Media

Избранный
26
13
bizim.media

10Источники