RU

Bolqarıstan və Rumıniya şengenin tamhüquqlu üzvləri oldu

Bakı, TurkicWorld

Bolqarıstan və Rumıniya da quru yolu ilə Avropa İttifaqının (Aİ) Şengen vizasız səyahət zonasına qoşulub.

TurkicWorld xəbər verir ki, Aİ ölkələrinin daxili işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Bolqarıstan və Rumıniyanın quru yolu ilə Şengene daxil edilməsi qərara alınıb.

İki ölkə martın 31-də Aİ-nin dəniz və hava yolu ilə azad səyahət zonasına daxil edilib.

Bolqarıstan və Rumıniya Şengendə iştirakına görə sonuncu dəfə Hollandiya, Macarıstan və Avstriya tərəfindən bloklanıb.

İmmiqrasiya və korrupsiya kimi əsaslarla qeyd-şərtlərini irəli sürən ölkələrdən biri olan Vyana vetosunu geri götürəcəyini açıqlayıb.

Qeyd edək ki, Rumıniya və Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olublar.

Избранный
23
2
turkic.world

10Источники