RU

İsraildən Suriyada bufer zonanı işğal etməsi ilə bağlı BƏYANAT

İsrail Əsəd rejiminin devrilməsindən sonra Suriya ilə bufer zonasını işğalının müvəqqəti olduğunu iddia edib.

News365.az xarici mediaya istinadla xəbər verir ki, bəyanatda Suriyada Əsəd rejiminin süqutunun İsraillə sərhəddə və bufer zonada boşluq yaratdığı iddia edilib. Bununla da  İsrailin işğal altındakı Qolan təpələrindən "7 oktyabr kimi hücuma icazə verməyəcəyi" tezisi irəli sürülüb.

Açıqlamada İsrailin sərhədə yaxın bufer zona və strateji nöqtələri işğal etməsinin 1974-cü il razılaşmasına aid olan qüvvə qurulana qədər müvəqqəti olduğu iddia edilib.

Избранный
29
1
news365.az

2Источники