Valyuta.az-ın məlumatına görə, "Reuters" mənbələrə istinadən xəbər verir ki, bugünkü qiymətlərlə bu müqavilə ildə 13 milyard dollara başa gələcək və bu, Rusiya-Hindistan arasında neft tədarükünə dair ən böyük sazişə çevriləcək.
Agentlik mənbələrinin məlumatına görə, tədarüklərin əksəriyyəti Urals nefti olacaq və gələn il üçün Dubay qiymətindən 3 dollar aşağı satılacaq. Eyni zamanda, şirkətlər neft bazarlarının dinamikasını nəzərə almaqla, hər il sövdələşmə çərçivəsində qiymətləri və tədarük həcmini nəzərdən keçirəcəklər. Çatdırılmaların başlanması 2025-ci ilin yanvarına planlaşdırılır.
Müqavilənin şərtlərinə əsasən, "Rosneft" hər ay 80 min tondan 100 min tona qədər neftin 20-21 partiyası və hər biri təxminən 100 min tona qədər olan 3 partiya mazut tədarük edəcək. Təchizat Qucarat ştatının qərbində yerləşən dünyanın ən böyük neft emalı zavodu Reliance kompleksinə aparılacaq.
"Reliance" şirkətin Rusiya da daxil olmaqla beynəlxalq təchizatçılarla işlədiyini və sövdələşmələrin bazar şərtlərinə əsaslandığını, lakin tədarük müqaviləsinin məxfiliyini qorumaq üçün əlavə şərh verməkdən imtina etdiyini bildirib. Rosneft də şərh verməkdən yayınıb.
8Источники
-
bizim.media“Rusiya və Hindistan tarixin ən böyük NEFT SAZİŞİNİ imzaladı ( 13914907)
-
demokrat.az"Rosneft" və "Reliance" ən böyük neft müqaviləsini imzaladı —İldə 13 milyard dollar... ( 13907239)
-
valyuta.az"Rosneft" və "Reliance" ən böyük neft müqaviləsini imzaladı - İldə 13 milyard dollar... ( 13906579)
-
sfera.azNeft Fondunun gəlirləri 1,31 milyard dollar AZALDI - MÜQAYİSƏ ( 13718953)
-
sfera.az“Rosneft”in gəliri xeyli azalıb - RƏQƏMLƏR ( 13525141)
-
sam.azCPC bu il 53 milyon ton neft ixrac edib ( 13436491)
-
bizim.mediaHindistan Ermənistana “Pinaka” silah sistemlərinin tədarükünə BAŞLADI – VİDEO ( 13364737)
-
bizim.mediaHindistan Ermənistana “Pinaka” silah sistemlərinin tədarükünə BAŞLADI – VİDEO ( 13364866)