RU

Suriyada Vaşinqton və Ankaranın maraqları toqquşur: Türkiyənin hədəfi bufer zonanı genişləndirməkdir

Türkiyə Suriyanın şimalında PKK ilə əlaqəli qüvvələrin mövcudluğuna son qoymağın zəruriliyi ilə bağlı ABŞ-ni xəbərdarlıq edəcək. Bu barədə “CNN Türk” məlumat yayıb. Əks halda, Ankaranın özü bölgəni terrorçulardan təmizləmək üçün tədbirlər görəcək. Onun sözlərinə görə, Türkiyə tərəfinin bu mesajı Ankarada xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında dekabrın 13-nə planlaşdırılan danışıqlarda səslənəcək.

Politoloq Sultan Zahidov “Sherg.az”a söyləyib ki, gözlənilən səfər zamanı Suriyadakı ən son baş verən hadisələr və hazırki hökümətin siyasəti müzakirə olunacaq:

“Amerika Birləşmiş Ştatlarının Suriyada uzun illərə dayanan maraqları mövcuddur. Həmin maraqları təmin etmək üçün bu günə qədər orada 900-ə yaxın hərbi kontingent yerləşdirib. Digər tərəfdən ABŞ Yaxın və Orta Şərqdə kürd, Suriyada YPG/PYD qruplaşmalarını dəstəkləyir. Bu qruplaşmalar isə Türkiyənin təhlükəsizliyinə ciddi təhdid törədirlər. Çünki Türkiyədə həmin qruplaşmaların bir qanadı olan PKK terror fəaliyyətləri ilə məşğul olur. Türkiyənin Suriyada əməliyyat keçirməsinin və maraqlarının olmasına əsas səbəblərindən biri Suriyadan terrorun bəslənməsidir. Belə olan halda ABŞ və Türkiyənin maraqları toqquşur. Bu baxımdan Türkiyə PKK ilə olan məsələsini Amerikayla daima müzakirə edir. ABŞ hansısa tədbir görməsə, Türkiyə birmənalı şəkildə məsələyə müdaxilə edəcək və hərbi əməliyyat həyata keçirəcək. Türkiyə belə addımları əvvəllər də atıb və daha da genişləndirmək ehtimalı böyükdür. Hazırda Suriyada müxalif qüvvələr YPG-nin fəaliyyət zonasını daraldırlar. Menbiç radikal kürd qruplaşmalardan təmizləndi. İndi isə Türkiyənin hədəfi bufer zonanı genişləndirməkdir”.
Избранный
52
50
sherg.az

10Источники