RU

Kişineuda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

Kişineu, 12 dekabr, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Kişineuda yerləşən büstü önündə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyinin kollektivi, diaspor nümayəndələri və Qarabağ qaziləri Ulu Öndərin büstü önünə tər çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ölkəmizin Moldovadakı səfiri Ülvi Baxşəliyev çıxış edərək görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında misilsiz rolu və xidmətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan və Moldova münasibətlərinin memarıdır.

“Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib”, - deyə səfir vurğulayıb.

 
Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Избранный
26
49
azertag.az

10Источники