RU

Qroznı növbəti dəfə dronların hücumuna məruz qaldı

Dekabrın 12-nə keçən gecə Çeçenistanın paytaxtı Qroznıda partlayış səsləri eşidilib.

Bu barədə “Caucasus.Realities” saytı məlumat yayıb. Pilotsuz təyyarələr respublika Daxili İşlər Nazirliyinin 2-ci alayının yerləşdiyi yerə hücum edib, 6 təhlükəsizlik əməkdaşı yaralanıb. Müxalif Telegram 1ADAT kanalı Çeçenistan Daxili İşlər Nazirliyinin atəşə tutulması barədə yazıb.

Yerli sakinlər yerli vaxtla təxminən saat 1.00 radələrində partlayış səsləri eşidiblər. “Şot” təbliğat Telegram kanalı yazır ki, Qroznıda hava hücumundan müdafiə qüvvələri işləyib. Daha sonra respublika rəhbəri Ramzan Kadırov Telegram-da Ukrayna pilotsuz təyyarələrinin hücumunu elan edərək nazirliyin binasında dağıntı və yanğın olduğunu təsdiqləyib. O, dörd mühafizəçinin yüngül xəsarət aldığını, qalan heyətin isə “bu cür hücumlardan qorunan binalarda” olduğunu iddia edib.

//Samir Qurbanov, Editor.az

Избранный
52
editor.az

1Источники