Rusiya Suriyanın yeni rəhbərliyi ilə iki mühüm hərbi bazanın - Tartusdakı hərbi-dəniz limanı bazası və Hmeymim aviabazasının - qorunub saxlanılması barədə razılıq əldə etməyə hazırlaşır. Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat verib.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyi bu məsələ ilə bağlı üsyançı "Heyət Təhrir əş-Şam" qruplaşması ilə qeyri-rəsmi anlaşmaya malik olduğunu hesab edir, - deyə Rusiyadakı mənbə agentliyə bildirib.
Afaq,
Musavat.com