RU

KİV: Mossad rəhbərinin Dohada girovlarla bağlı danışıqlarında irəliləyiş əldə olunub

KİV: Mossad rəhbərinin Dohada girovlarla bağlı danışıqlarında irəliləyiş əldə olunub

Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi üzrə İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barneanın iştirakı ilə Dohada keçirilən danışıqlarda irəliləyiş əldə edilib. AFN.az xəbər verir ki, bu barədə "Walla" xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.Mossad rəhbərinin Dohadakı danışıqları zamanı irəliləyiş əldə edildiyini qeyd edən rəsmi, Barneanın Qətərdən razılığın mümkün olduğuna dair müsbət hisslə qayıtdığını vurğulayıb.Mossad rəhbəri Dohada Qətərin baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə görüşüb, girovlarla razılaşma və Qəzza zolağında atəşkəs əldə etmək üçün danışıqlar aparıb. Barneanın səfəri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl razılaşmanın bağlanması məqsədi ilə İsrail və HƏMAS arasında danışıqlarda irəliləyiş əldə etmək səylərinin bir hissəsidir.

Избранный
53
33
afn.az

10Источники