"Operativ Media" quruma istinadən xəbər verir ki, daxil olmuş müraciətlərdən 68,5 %-nin baxılması oktyabr ayı ərzində başa çatdırılıb, 31,5 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 40 %-i həll olunub, 62,1 %-i barədə müvafiq izahatlar verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.
Noyabrda daxil olmuş şikayətlərin faktiki sayı 1 150 olub. Həll edilmiş şikayətlərin 71,1 %-i kameral vergi yoxlamaları, qalanları vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, ƏDV depozit hesabı, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması və əvəzləşdirilməsi, riskli vergi ödəyicisi hesab edilməməsi və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 80 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.