RU

“AZSTANDART Halal” “Azərbaycan Akkreditasiya Mərkəzi” tərəfindən akkreditasiya olunub

Bakı, 13 dekabr, AZƏRTAC

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) “AZSTANDART Halal” Sertifikatlaşdırma Orqanı AZS ISO/IEC 17065:2021 “Uyğunluğun qiymətləndirilməsi – məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” standartına uyğun “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ (AZAK) tərəfindən akkreditasiya olunub.

AZSTANDART-dan AZƏRTAC-a bildirilib ki, sözügedən sertifikatlaşdırma orqanı təsdiq olunmuş akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququnu əldə edib.

Məlumat üçün bildirək ki, “Halal” sertifikatı istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərində müvafiq qaydaların tətbiqi və istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin, o cümlədən həmin məhsullarla bağlı etimadın formalaşdırılmasını təmin etmək məqsədilə verilir. Nəticədə halal məhsulların dövriyyəsinin stimullaşdırılmasına nail olunur.

Qeyd edək ki, bundan əvvəl “AZSTANDART Halal” Sertifikatlaşdırma Orqanı Türkiyə Respublikasının “Halal Akkreditasiya Qurumu” (HAK) tərəfindən də akkreditasiya olunub.

Избранный
25
azertag.az

1Источники