RU

İZİA Müşahidə Şurasının iclası keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə videoformatda keçirilən iclasda agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov İZİA idarəçiliyində olan sənaye zonalarında 2024-cü ilin ötən dövrü ərzində görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Həmçinin iclas çərçivəsində agentliyin 2025-ci il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, təşkilati–struktur məsələləri müzakirə olunub.

Избранный
30
11
azertag.az

10Источники