RU

Tramp Ağ Evə gələn kimi ara qarışacaq: Kanada ABŞ-la müharibəyə hazırlaşır

Kanadanın ən böyük əyaləti Ontarionun prezidenti Doug Ford ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada məhsullarına 25 faiz gömrük rüsumu tətbiq etmək planına cavab olaraq ABŞ-a enerji ixracını dayandırmağı düşündüyünü açıqlayıb.

Publika.az xəbər verir ki, Ford digər ştat liderlərini bu təhdidlərə qarşı “mübarizəyə hazır olmağa” çağırıb.

Ford Baş nazir Castin Trüden və digər dövlət başçıları ilə görüşdən sonra açıqlama verib.

O bildirib ki, Tramp administrasiyasının həyata keçirəcəyini vəd etdiyi bu vergilərə qarşı müxtəlif tədbirlər qiymətləndirilməlidir:

“Bu, vəziyyətin nə qədər irəlilədiyindən asılı olaraq, Miçiqan, Nyu York və Viskonsin ştatlarına enerji axınını kəsə bilərik. Bunu etmək istəmirəm, amma mənim əsas vəzifəm Ontarionu və ümumilikdə kanadalıları qorumaqdır”.

Избранный
38
publika.az

1Источники