RU

Türkiyədə immiqrant qaçaqmalçılara qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Türkiyədə ölkə daxilində keçirilən "KALKAN-35" əməliyyatları çərçivəsində 9-u xarici vətəndaş olmaqla, ümumilikdə 31 miqrant qaçaqmalçılığı təşkilatçısı və 981 qeyri-qanuni mühacir saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verib.

Nazir bildirib ki, Respublika Baş Prokurorluğu və İmmiqrasiya İdarəsinin koordinasiyası ilə həyata keçirilən əməliyyatlara 26 min 438 əməkdaş və 8 min 412 qrup cəlb edilib. Əməliyyatlar çərçivəsində tərk edilmiş məkanlar, ictimai əyləncə obyektləri, yük maşını qarajları, terminallar, limanlar və ictimai nəqliyyat stansiyalarında yoxlamalar aparılıb. Ümumilikdə 366 min 838 nəfərin şəxsiyyət vəsiqələri yoxlanılıb.

Yoxlamalar zamanı 31 miqrant qaçaqmalçılığı təşkilatçısı və 981 qeyri-qanuni mühacir tutulub. Saxlanılan mühacirlərin vətənlərinə geri qaytarılması üçün proseslərə başlanılıb.

Nazir Ali Yerlikaya vurğulayıb ki, Türkiyə miqrasiya idarəçiliyində insan hüquq və azadlıqlarına hörmət edərək, qanun və mədəniyyət dəyərlərinə bağlı şəkildə hərəkət edir. İctimai asayişi və təhlükəsizliyi təmin edərək dünyaya nümunəvi bir model təqdim edir.

Избранный
19
turkic.world

1Источники