RU

Azərbaycanda vergi ödəyicilərinin ümumi sayı 5%-dən çox artıb

Bakı. Trend:

Bu ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1.590.659vergi ödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi isə hüquqişəxslər və digər təşkilatlar olub.

Bu barədə TrendDövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5,5 faiz, o cümlədən, fiziki şəxslərinsayı 5,3 faiz, hüquqi şəxslərin sayı 7,2 faiz artıb. Vergiödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,9faiz olub.

Dekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı188.877 vahid təşkil edib və ötən ilin eyni dövünə nisbətən 7,9faiz artıb.

2024-cü ilin yanvar-noyabr aylarında 12.907 kommersiya qurumudövlət qeydiyyatından keçib ki, onların 89,2 faiz-i yerliinvestisiyalı, 10,8 faizi xarici investisiyalı müəssisələrdir.Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 93,6 faiztəşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının10.713-ü elektron qaydada qeydiyyatdan keçib, onlardan 8.677-siAsan İmza ilə, 1.995-i “FİN kod + mobil nömrə” üsulu ilə, 41-i isə“SİMA” rəqəmsal imza vasitəsilə edilmiş müraciətlər əsasında qeydəalınıb.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiyaqurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39.847 vahidtəşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faizartıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiztəşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 faiziMMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s.formalarda yaradılıb.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan 123.682 kommersiyaqurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü iləmüqayisədə aktiv kommersiya qurumlarının sayı 10,9 faiz artıb.

Избранный
34
7
az.trend.az

10Источники