RU

Azərbaycanda 65 mindən çox kommersiya qurumunun vəziyyəti qeyri-aktivdir

2024-cü ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 590 min 659 vergi ödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,3 faiz, hüquqi şəxslərin sayı 7,2 faiz artıb. 

Dekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 188 min 877 vahid təşkil edib və ötən ilin eyni dövrünə nisbətən 7,9 faiz artıb.

2024-cü ilin yanvar-noyabr aylarında 12 min 907 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,2 faiz-i yerli investisiyalı, 10,8 faizi xarici investisiyalı müəssisələrdir. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 93,6 faiz təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 10 min 713-ü elektron qaydada qeydiyyatdan keçib, onlardan 8 min 677-si Asan İmza ilə, 1995-i “FİN kod + mobil nömrə” üsulu ilə, 41-i isə “SİMA” rəqəmsal imza vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39 min 847 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 faizi MMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan 123 min 682 kommersiya qurumunun vəziyyəti aktiv, 65 min 195 kommersiya qurumunun vəziyyəti qeyri-aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10,9 faiz artıb.

Naxçıvanda vergi ödəyicilərinin sayı 13,3 faiz artıb

2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 6 min 253 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onların 5 min 983-ü fiziki şəxslər, 270-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artıb.

Bu ilin 11 ayı ərzində kommersiya qurumlarının 81,8 faizi elektron qaydada, 18,2 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.a

Избранный
41
7
marja.az

10Источники