RU

Bu şəxslərin maaşı yeni qayda ilə hesablanacaq

Xarici ölkələrdəki ticarət nümayəndəliklərinin maaşı artıq “Diplomatik xidmət haqqında” Qanuna əsasən müəyyən ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), təminat və kompensasiyaların verilməsi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.5-ci və 13.15-ci maddələrinə uyğun olaraq müəyyən edilir.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu Qanunda (“Dövlət qulluğu haqqında”) nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
 

Избранный
32
15
unikal.az

10Источники