RU

Şöbə müdirinin vəkili məhkəmədə şok ididalar səsləndirdi: "İlqar Qasımov səhiyyə nazirinin müavini ola-ola hələ də..." - "Onun xidməti maşını hər həftə..."

Dünən Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Mia.az Bakipost.az-a istinadla xəbər verir ki, Ş.Şahbazov məhkəmə iddiasında işdən qanunsuz çıxarıldığını, buna görə də ona maddi və mənəvi ziyan dəydiyini bildirib.

Hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ş.Şahbazovun vəkili Asim Abbasov bir sıra ciddi ittihamlar irəli sürüb.

O, hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəm olan səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edib.

Vəkil Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sistematik şəkildə yeyintilərin olduğunu bildirib:

"İlqar Qasımov nazir müavini ola-ola hələ də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunu nəzarətdə saxlayır. Onun xidməti avtomobili hər həftə həmin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həyətində olur. Bu, təsadüfi deyil. Orada müəyyən haqq-hesablar gedir. Səhiyyə nazirinin müavini İlqar Qasımov hətta endoprotez əməliyyatlarında şəxsən iştirak edir.

A.Abbasov xəstəxana üçün avadanlıq və ləvazimatların alınması zamanı qanunsuzluqlara yol verildiyini də iddia edib:

İddiaçının vəkili əlavə edib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 25-30 min AZN rəsmi əmək haqqı alan, ancaq heç bir elmi dərəcəsi və ya xaricdə təhsili olmayan həkim var:

"Necə olur ki, illərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bu qədər alim və peşəkar həkim-mütəxəssislər olduğu halda endoprotez əməliyyatını İlqar Qasımovun köməkçisi olmuş hazırkı baş həkim Nizami Məmmədov və köməkçisi icra etməlidir? Burdan da görünür ki, İlqar Qasımov direktor olduğu gündən bu günə kimi endoprotez əməliyyatını o və köməkçisi Nizami Məmmədov icra edir. Bunun müqabilində hər ay 25-30 min rəsmi, 70-80 min qeyri-rəsmi məbləğ əldə olunur və bu, onlar arasında bölünür. Bunların əməllərinə mane olan hər kəs ya ərizə ilə, ya da şərlənərək işdən uzaqlaşdırılır.

Bu ittihamlara cavab verən Ş.Şahbazov bildirib ki, xidməti maşından yalnız iş üçün direktorun göstərişi ilə istifadə edib və qarşı tərəfin iddialarının əsaslandırması üçün heç bir sübut yoxdur:

Избранный
47
6
mia.az

10Источники