RU

Azərbaycanda diplomatlar üçün xidmət müddəti müəyyənləşir

Diplomatik xidmət əməkdaşlarının xidmətdə olmalarının yaş həddi 65 yaşdır.

Yenisabah.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən hər dəfə 1 (bir) ildən çox olmayaraq 5 (beş) ilədək uzadıla bilər. Buna uyğun olaraq xidmətdə olma müddəti uzadılmış diplomatik xidmət əməkdaşlarının sayı diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 15 (on beş) faizindən artıq olmamalıdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Telegram kanalımız
Избранный
19
4
yenisabah.az

10Источники